Sevgililərə hökm oxundu

  • By admin
  • 08 May 2017 11:42
2017-05-08-11-52-471475484765_tumblr_mdqxjgn741r562hbo1_r1_1280
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər – Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilirlər.
Gununsesi.info