“Sevgililər günü”ndə xanımı üçün tort bişirdi – foto

“Sevgililər günü”ndə xanımı üçün tort bişirdi –


Aktyor Rayan Reynolds aktrisa xanımı Bleyk Lavliyə sürpriz edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor xanımını “Sevgililər günü”ndə təbrik etmək üçün ona tort hazırlayıb.

Əlləri ilə hazırladığı tortun Bleyk üçün daha möhtəşəm hədiyyə ola biləcəyini düşünən Rayan hazırladığı şirniyyatın şəklini İnstaqram hesabında paylaşıb.

Reynoldsun “Bu tortu xanımım üçün bişirmişəm. Qlazurum kley kimi alınıb. Neyləyim, mən, axı, təcrübəli şirniyyatçı deyiləm” qeydi ilə səhifəsində yerləşdirdiyi şəkli izləyicilər tərəfindən bəyənilib.

Qeyd edək ki, cütlük 2012-ci ildə “Green Lantern” filminin çəkilişləri zamanı tanış olub və ailə qurub. Cütlüyün 2014-cü ildə ilk, 2016-cı ildə ikinci övladları dünyaya gəlib.

Gununsesi.info

COMMENTS