Sevgilisinə əsəbiləşən Tatlıses xəstəxanalıq oldu

  • By admin
  • 07 Aprel 2018 16:30


İbrahim Tatlıses ilə Derya Tunanın oğlu İdo Tatlıses ötən gün sevgilisi Yasemin Şevkatli ilə görüntülənib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük avtomobildə mübahisə edib.

Daha sonra hirslərinə hakim ola bilməyən İdo avtomobilin pəncərəsinə yumruq vurub.

Əli yaralanan Tatlısesi dərhal xəstəxanaya aparıblar.

Qeyd edək ki, İdo ilə Yasemin ötən ilin avqustundan birlikdədir. Son müsahibəsində Tatlıses sevgilisi ilə yaxşı yola getdiyini və xoşbəxt olduğunu deyib.

Gununsesi.info