Sevgilisinə görə 3 yaşlı oğlunu öldürdü

  • By admin
  • 30 Avqust 2017 08:15

sevgilisi-istemedi-diye-3-yasindaki-oglunu-oldurdu-9976897_3121_o

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Jersi ştatında 23 yaşlı ata internetdə tanış olduğu 17 yaşlı sevgilisinə görə doğma oğlunu qətlə yetirib. Buna səbəb qızın onun uşağını istəməməsi olub.

Hadisəni törədən David Kreato hakim qarşısına çıxmazdan bir neçə həftə əvvəl öz əməlini etiraf edib.

Məhkəmə hakiminin sözlərinə görə, onun tanış olduğu qız sevgilisinin övladını istəmədiyini bildirib və Kreatodan körpəni atalıqdan məhrum etməsini tələb edib.

Kreato sevgilisi ilə bu səbəbdən tez-tez mübahisə etdiyini, nəticədə oğlunu öldürərək ondan yaxa qurtarmaq istədiyini etiraf edib.

Qatil ata 10 il müddətində azadlıqdan məhrum edildiyi halda, onu bu işi tutmağa təhrik edən sevgilisi barədə heç bir cinayət işi açılmayıb.

Gununsesi.info