
Türkiyəli aktrisa Farah Zeynep Abdullah ilə Caner Cindrokun “Möhtəşəm Yüzil Kösəm” serialında başlayan sevgi münasibətləri ayrılıqla bitib.
Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, cütlük sosial şəbəkə hesablarından bir-birinə ünvanladığı sevgidolu video və şəkillərini silib.
Sevgilisini İnstqramda izlədiyi şəxslərin siyhısından çıxaran aktrisa rəfiqələri ilə Parisə istirahətə yollanıb.
C.Cindrok isə hələ də Farahı izləyir.
Gununsesi.info