Sevgilisini evinə aparan oğlan qapını açanda şok oldu - O, ƏSƏBLƏRİNİ CİLOVLAYA BİLMƏYİB

  • By admin
  • 21 İyun 2017 11:53

556232

Türkiyənin Kütahya rayonunda sevgilisinə sürpriz etmək üçün yerə gül səpən və şam yandıran gəncin başına iş gəlib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, sözügedən hadisə Yıldırım Beyazit məhəlləsindəki Misirli küçəsində meydana gəlib. Bina evində tək yaşayan Bəkir Acar sevgilisinə sürpriz etmək üçün evi güllərlə bəzəyib. Acar şamları yandırdıqdan sonra çölə çıxıb.

Yerdəki və divandakı şamlar alovlanınca otağı bir anda tüstü bürüyüb. Evdən çıxan tüstünü görən digər bina sakinlərinin xəbər verməsi ilə hadisə yerinə gələn yanğınsöndürənlər mənzilin yanmasının qarşısını alıb.

Sevgilisi ilə evə qayıdanda evdəki əşyaların yandığını görən gənc isə əsəblərini cilovlaya bilməyib.

Gununsesi.info