Sevgilisinin 520 minlik hədiyyəsini qəbul etmədi

  • By admin
  • 04 Oktyabr 2017 22:41

135253_kdv5ypq41w
“Fənərbaxça”lı oyunçu Alper Potukla 10 aydır eşq yaşayan aktrisa Tuvana Türkay sevgilisinin hədiyyəsindən imtina edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuvana ad günü münasibəti ilə Alperin ona aldığı 520 min lirəlik (təxminən 260 min AZN) “Audi A5” markalı avtomobili geri qaytarıb.

O, sevgilisinin bu jestindən “Çox bahalı hədiyyədir. Təəssüf ki, qəbul edə bilmərək” deyərək üz çevirib.

Alper Türkayın qəbul etmədiyi hədiyyəyə görə əvvəlcə pis olsa da, sonradan ona başqa bir şey alacağını bildirib.

 

Gununsesi.info