Sevgilisinin adını şamla yazmaq istədi, evi yandırd

  • By admin
  • 15 Yanvar 2017 20:04
yanan-ev-yangin-yanqin-yangin
Qara dənizin Bartın əyalətində sevgilisinin adını şamlarla yazmaq istəyən mədən işçisi T.K kirayə qaldığı evi yandırıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında meydana gəlib. İddiaya görə, mədən işçisi T.K. sevgilisinin adını mumlarla yazmaq üçün sahilə gedib. Ancaq küləyin şiddətli olması səbəbiylə şamları yandıra bilməyən gənc 15 gün əvvəl kirayəyə götürdüyü evinə qayıdıb. Evin bir otağına şamları düzərək, sevgilisinin adını yazan T.K. şəkil çəkmək istədiyi zaman ədyal alovlanıb. Evdə su gəlmədiyi üçün gənc yanğınsöndürənlərə müraciət edib.
Qısa müddətdə hadisə yerinə gələn Amasra Bələdiyyəsi xilasetmə qrupları yanğını bir saat sonra söndürə bilib. Evə böyük məbləğdə maddi ziyan dəydiyi bildirilib.
Amasra bələdiyyə sədri Emin Teymurdan hadisə yerinə gələrək məlumat alıb. Yanğınla əlaqədar cinayət işi açılıb.