Sevgilisinin şantaj etdiyi evli kişi polisə şikayət etdi.

  • By admin
  • 29 Noyabr 2022 11:31

 

Bakıda polisə müraciət edən kişi sevgilisi tərəfindən şantaj edildiyini bildirib.

Gununsesi.info nun əldə etdiyi məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən 43 yaşlı Mənsim Həsənov (ad və soyadlar şərtidir) qeyri-rəsmi nikah münasibətində yaşadığı Əfsun adlı qadının ondan hədə-qorxu yolu ilə pul aldığını deyib.

O bildirib ki, sevgilisi onunla münasibəti barəsində ailəsinə və digər şəxslərə bildirəcəyi və ailəsini dağıdacağı hədəsi ilə ondan pul tələb edib. Qadın sevgilisindən bu yolla Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində 700 manat pul alıb.

Müraciətlə bağlı araşdırmalar aparılır.

Gununsesi.info