Sevgilisinin “sevgilisini” qətlə yetirdi

  • By admin
  • 05 İyul 2016 12:37

qetl

 

Nəsimi rayonun 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qətl hadisəsi baş verib. Gununsesi.info-nun məlumatına görə, Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Gulnaz Qənbərli