Sevgisini sübut etmək üçün Tac-Mahalın eynisini tiktirdi

Hindistanlı müəllim arvadına olan sevgisinin sübut etmək və bu sevgini simvollaşdırmaq üçün dünyaca məşhur Tac-Mahal tikilisinin eynisini inşa etdirib.

Gununsesi.info “DHA”ya istinadla xəbər verir ki, tikili Tac-Mahalın üçdə biri böyüklükdədir.

HTML tutorial

Tikilinin inşası 3 ilə yekunlaşıb.

52 yaşlı müəllim Anand Prakaş Çuksey inşası tamamlanandan sonra evi həyat yoldaşı Manyuşa Çukseyə hədiyyə edib.

Anandın həyat yoldaşının da müəllim olduğu bildirilir. 930 kvadrat metrlik ərazidə inşa olunan tikilinin üz örtüyü mərmərdəndir.

Gununsesi.info