“Sevilya” klubu Türkiyəli bu futbolçu üçün 12 milyon avro ödəməyi planlaşdırır

  • By admin
  • 27 May 2020 09:56

İspaniyanın “Sevilya” klubu Türkiyənin “Başakşehir” komandasının futbolçusu İrfan Can Kahveci üçün 12 milyon avro ödəməyi planlaşdırır.

Bu barədə “Goal” nəşri məlumat yayıb.

“Sevilya” türkiyəli ulduzu mövsümün sonunda müqaviləsi başa çatacaq Ever Baneqanın yerinə almağı düşünür.

Xatırladaq ki, İrfan Can Kahveci bu mövsüm 22 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda dörd qol vurub, iki məhsuldar ötürmə edib.

Yazı oxu.az saytında dərc edilib.

 

Gununsesi.org