Sevinc Vaqifqızı haqqında da həbs qərarı verildi

  • By ilhame
  • 21 Noyabr 2023 20:05

Bir neçə dəqiqə əvvəl Xətai Rayon Məhkəməsində Abzasmedia.org saytının baş redaktoru Sevinc Vaqifqızı barəsində həbs- qətimkan tədbiri seçilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, jurnalist barəsində 3 ay 29 gün həbs qərarı verilib.
Qeyd edək ki, adıçəkilən media orqanının rəhbəri Ülvi Həsənlinin saxlanmasından sonra Sevinc Vaqifqızı Fransadan Azərbaycana qayıdıb. Hər iki jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Gununsesi.info