
Xətai Rayon Məhkəməsi “Abzasmedia.org” saytının baş redaktoru Sevinc Vaqifqizinin barəsindəki həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Gununsesi.info-nun xəbərinə görə, istintaq orqanının vəsatətinə baxan məhkəmə müdafiə tərəfinin etirazlarını nəzərə almayıb.
Məhkəmədə çıxış edən vəkil bildirib ki, Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda Parisdən Bakıya könüllü gəlib. Ona görə də onun istintaqdan yayınması mümkün deyil.
Qeyd edək ki, Sevinc Vaqifqızı və adıçəkilən media orqanının təmsilçiləri qaçaqmalçılıqda ittiham olunur.
Günay
Gununsesi.info