Sevincdən həm də kövrəldim - FƏZAİL AĞAMALI

  • By admin
  • 29 May 2023 14:19

Böyük məmnuniyyətlə və sevinc hissi ilə Ankarada yerləşdiyim oteldə televiziya vasitəsilə Rəccəb Tayyip Ərdoğanın Kılınçdaroğlu üzərində möhtəşəm qələbısinin görüntülərini izləməkdəyəm. Bu qələbə Türkiyənin qələbəsi oldu. Türk dövlətinin, uca Türk millətinin və Türk dünyasının qələbəsi oldu. Türk millətinə və Türkiyəyə düşmən kəsilən ən müxtəlif qüvvələrin səylərinə, cəhdlərinə, təhdidlərinə və Kılınçlaroğluna göstərdiyi siyasi və mənəvi dəstəklərinə baxmayaraq Türk dövlərti və Türk xalqı bu çətin mübarizədən qalib çıxdı. Gözümüz aydın olsun. Gözümüz aydın Türk dünyası. Gözümüz aydın Uca Türk milləti. Gözümüz aydın olsun Türk dünyasının bir parçası olan, onun başının tacı olan Azərbaycan məmləkəti, Azərbaycan milləti.

Mən eyni zamanda buradakı telekanllardan ilk olaraq Möhtərəm, Cənab Prezident İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanın qələbəsinə yönəlmiş olan təbrikini oxudum. Bu ilk təbrik idi. Bu da məndə böyük sevinc, qürur doğurdu. Açıq etiraf edim ki, sevincdən həm də kövrəldim.

Qələbəmiz mübarək! Mən tamamilə əminəm ki, Rəcəb Tayyip Ərdoğanın bu möhtəşəm qələbəsi Türk dünyası və Türkiyə ilə Azərbaycan arasında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu başlanğıc bizlərə yeni – yeni uğurlar gətirəcəkdir, buna heç kəsin şübhəsi olmasın!

Fəzail Ağamalı,

Millət Vəkili, Ana Vətən Partiyasının sədri.

28 May 2023 – cü il, Ankara