“Sevmirəm”ə görə  19 İL CƏZA

  • By admin
  • 14 Noyabr 2016 15:12

qetl

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə 24 yaşlı qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə müttəhimə  hökm oxunub.

Belə ki, məhkəmənin hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi 2016-ci ilin yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəllərdə məhkumluq həyatı yaşayan C.Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib.

Gülnaz Qənbərli

Gununsesi.info