Bakının Binəqədi rayonunda sexdə dünən baş verən partlayış-yanğınla bağlı ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda partlayış-yanğın baş verən ərazidə axtarış işləri gedir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji qrupunun xüsusi təlim görmüş itləri ilə ərazidə axtarış aparılır.
Qeyd edək ki, ötən gün Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.
Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb, 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti dağıntılar altından tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info