“Seyid” ləqəbli narkotacir saxlanıldı

  • By admin
  • 05 Oktyabr 2019 13:03

Hacıqabul rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Gununsesi.org DİN-ə istinadən xəbər verir ki, rayon sakini Zakir Qəhrəmanovun  üzərinə keçirilən baxış zamanı 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Qəhrəmanov narkotik vasitəni “Seyid” ləqəbi ilə tanınan şəxsdən 50 manata aldığını bildirib.Həmin şəxsin rayonun Rəncbər kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Mirhəmid Mehdiyev olduğu məlum olub. Saxlanılaraq şöbəyə gətirilən M.Mehdiyevin əlindəki sellofan torbadan 1ədəd şüşə və 1 ədəd plastik qabda qurudulmuş marixuana, üzərinə keçirilən baxış zamanı isə 2 ədəd bükümdə heroin və 3 ədəd bükümdə marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Gununsesi.org