Seymur Talıbovun sürücüsü DTX-ya gətirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun şilləvuranı və sürücüsü Həsən Əhmədovu və Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov saxlanılıb.

Gununsesi.info Ovqat.com-a istinadən xəbər verir ki, hər iki şəxs hazırda DTX-da sorğu altındadır

HTML tutorial

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə ittiham olunurlar.

Digər bir məlumata görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də göz altına alınıb.

Mətləb
Gununsesi.info