Seyran Ohanyanın əmlakına həbs qoyuldu

  • By admin
  • 08 Dekabr 2021 13:07

Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş müdafiə naziri, “Ermənistan” blokunun deputatı Seyran Ohanyanın və onun həyat yoldaşının əmlakına həbs qoyub.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş sədri Vaçaqan Kazaryan və onun ailəsinin də əmlakına həbs qoyulub.

HTML tutorial

Prokurorluq, həmçinin Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın, onun qızı, oğlu, eləcə də parlamentin eks-sədri Qalust Saakyanın oğlu Arman Saakyanın və digər nazirlərin də əmlakı barədə araşdırma aparır.

Gununsesi.info