Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv olunur

  • By admin
  • 20 Yanvar 2023 13:58

“Hayastan” müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın toxunulmazlıqdan məhrum edilməsi məsələsi Ermənistan parlamentinin növbəti iclasında həll olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a parlament sədrinin mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

“Spiker Alen Simonyan dörd saat əvvəl prokurorun vəsatətini qəbul edib. Biz bu barədə artıq Seyran Ohanyana məlumat vermişik. Qarşıdan gələn dördgünlük iclasda bu məsələ plenar iclasın gündəliyinə daxil ediləcək”, – Xaçatryan bildirib.

Yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin spikeri Alen Simonyana keçmiş müdafiə naziri və “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün üç vəsatət təqdim edib.

Baş Prokurorluğun vəsatətinə görə, Ohanyan müdafiə naziri olarkən xidməti vəzifəsindən istifadə edərək, xüsusilə külli miqdarda (iki epizod) mənimsəməyə yol verib, öz xidməti vəzifələrini yerinə yetirməyib, bu isə səhlənkarlıqdan ağır nəticələrə səbəb olub.

Gununsesi.info