Seysmoloji Xidmət Mərkəzi vulkan püskürməsi ilə bağlı MƏLUMAT YAYDI

  • By admin
  • 30 Mart 2018 14:48

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Ayrantökən vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

RSXM-dan Gununsesi.info-ya verilən məlumata görə, Altbulaq ərazisində Ayrantökən vulkanı püskürüb. Püskürmənin davametmə müddəti 2 dəq 24 saniyədir.

Qeyd edək ki, dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

Palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Gununsesi.info