Şeyxə yeni müavin təyin olundu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə yeni müavin təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə QMİ-də Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən iclasda qərar verilib. Bu vəzifəyə Bəxtiyar Nəcəfov gətirilib.

B.Nəcəfovun bundan əvvəl də QMİ-də çalışdığı bildirilir.

Bu təyinatla QMİ sədrinin müavinlərinin sayı 6-ya çatıb.