Şeyx Əbdül xəstəxanadan evə buraxıldı

Xalq artisti, aktyor və kinorejissor Şeyx Əbdül müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Xalq artistinin özü məlumat verib.

Onun sözlərinə görə, 15 gün ev şəraitində müalicə alacaq, daha sonra isə yenidən 1 həftəlik xəstəxanaya yerləşdiriləcək.

Qeyd edək ki, o, bir neçə gün əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Gununsesi.info