Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

  • Müəllif: Firuzə
  • 29 Sentyabr 2026 19:29

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirilib.

Gununsesi.info  “Qaynarinfo”ya istinadən xəbər verir ki, aktyor bu gün səhər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

O, mədə-bağırsaq, göz və bronxlarla bağlı problemlər yaşadığını, hazırda müayinələrin davam etdiyini bildirib. Həkimlərin yekun rəyi müayinələrdən sonra açıqlanacaq.

Qeyd edək ki, aktyor bir müddət əvvəl də səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunmuşdu.

Gununsesi.info