Şeyx Həccə aparmağa adam tapmır - Vaxtı uzatdı

  • By admin
  • 15 İyul 2016 10:50

hec

 

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun vaxtı iyulun 31-nə qədər uzadılıb. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi müddətin uzadılmasının səbəbini VİP ziyarət üçün nəzərdə tutulan yerlərin hələ də dolmaması ilə izah edib. Bahalı ziyarət üçün ayrılan yerlərdən 50-si hələ də boş qalıb.

Xatırladaq ki, nisbətən ucuz ziyarət üçün nəzərdə tutulan yerlər artıq dolub.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-də başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət sentyabrın 2-də başlayacaq, ayın 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən zəif şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

 

Gununsesi.info