Şeyx Kirillə görüşə gedir

  • By Mayil
  • 18 Noyabr 2016 13:28

kiril

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, səfər Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə həyata keçirilir.
Noyabrın 23-dək davam edəcək səfər müddətində QMİ sədri A. Paşazadə Patriarx Kiril həzrətləri ilə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

Anar
Gununsesi.info