Şeyx Lənkəranskinin 40 mərasiminə qatıldı

  • By admin
  • 24 Sentyabr 2016 16:21

1474716627

 

Bu gün Lənkəran şəhərində azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin 40 mərasimi keçirilir.

Gununsesi.info xəbər verir ki, R.Lənkəranskinin ata evində təşkil olunan yas mərasiminə bəzi tanınmışlar da qatılıb.

Gununsesi.info-nun məlumatına görə, Rövşən Lənkəranskinin 40 mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin deputatları, o cümlədən Fəzail Ağamalı, rayon İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər iştirak edir.

Xatırladaq ki, Rövşən Lənkəranski bu il avqustun 18-də gecə saatlarında Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

 

Gununsesi.info