Dekabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti İrana səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. məlumatda bildirilib ki, nümayəndə heyəti Məşhəd və Qum şəhərlərindəki müqəddəs məkanları ziyarət edəcək.
Səfər çərçivəsində A.Paşazadənin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşləri də nəzərdə tutulub.
Gununsesi.info