“Ortadan da aşağı səviyyədə oxuyan Mahsun Qırmızıgül, türkün çörəyini yeyib türkə daş atırsan?”
Türkiyənin kürd əsilli tanınmış müğənnisi Mahsun Qırmızıgülün “Urmiya və əziz gəlinim 2024” adlı videoçarxınında oxuduğu mahnıda Güney Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmiyanı “kürd şəhəri” adlandırması Azərbaycanın quzeyində və güneyində kəskin etiraza səbəb olub.
Bu barədə Yenicag.az-a açıqlama verən Xalq artisti, tannımış rejissor Şeyx Əbdül sənətçinin bu addımına sərt reaksiya verib. Şeyx Türkiyədə oturub, tanınıb, türklərin çörəyini yeyən, türkün hesabına adam olan bir müğənninin belə mahnı oxumasının arxasında erməni təbliğatının dayandığını bildirib:
“Ortadan da aşağı səviyyədə oxuyan Mahsun Qırmızıgül, türkün çörəyini yeyib türkə daş atırsan? Bunu bil ki, Allah səni cəzalandıracaq. Sən orta səviyyədən də aşağıda oxuyan bir müğənnisən, “manıs”san. Bu, ermənilərin başladığı böyük bir kampaniyadır.
Bunun arxasında erməni milyonerləri, erməni siyasətçiləri, erməni ideoloqları dayanır. Hamısı da kənar adamları pulla satın alırlar və onların əli ilə bizə daş atdırırlar. Mahsuna buradan səslənirəm, siyasətə qoşulma, get işinlə məşğul ol. Səni boyayıb Qaragül edərik”.
Gununsesi.info