Şeyxdən Ramazanın ilk günü ilə bağlı iddialara -CAVAB

  • By admin
  • 02 Aprel 2022 17:48

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan ayının aprelin 3-də başlayacağı barədə iddialara cavab verib.

 

Gununsesi.info-nun məlumatına görə, Allahşükür Paşazadə bildirib ki, QMİ Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilib.

 

Onun sözlərinə görə, bəzi insanlar bunu birmənalı qarşılamayıb, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bu səbəbdən QMİ Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxlayıb:

 

“Kamal Hüseynov bildirdi ki, Azərbaycan üfüqündə 1 aprel 2022-ci ildə Ramazan hilalı 06:42-də doğub. Həmin gün saat 19:04-də Günəş batıb, 19:18-də isə Ay Günəşdən 14 dəqiqə gec batıb. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilib. Bu gün isə Günəş saat 19:05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec, 20:23-də batacaq. Hilalın işıqlanması 2% olacaq. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaq. Beləliklə, QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm”.

Gununsesi.info