
Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə prezidentliyə namizəd Sərdar Cəlaloğlunun ittihamlarına cavab verib.
Gununsesi.info-nun Modern.az-a istinadən xəbərinə görə, deputat Cavanşir Paşazadə ADP sədrini ölkədə nifaq salmaqda günahlandırıb: “Sadəcə onu deyə bilərəm ki, bu cür adamlar seçkiqabağı ölkədə mənfi imic formalaşdırmaq istəyirlər. Daxildə nifaq salmağa çalışırlar. Bu cür fikirlərin əsası yoxdur. Boş-boş söhbətlərdir. Ümumiyyətlə, bu cür insanların fikirlərinə mətbuatda geniş cavab vermək fikrim yoxdur. Belələri nə gəldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr… Bir sözlə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsassız fikirlər danışır”.
GUNUNSESİ.İNFO