Şeyxin qudası bu il Həccə gedə bilmədi - SƏBƏBİ...

  • By admin
  • 28 Avqust 2017 16:42

qalib

Bir neçə müddət bundan əvvəl   keçmiş deputat Hacı Qalib Salahzadə saytımıza açıqlamasında 29-cu dəfə Həcc ziyarətinə gedəcəyini söyləmişdi. Lakin əldə etdiyimiz məlumata görə, bu ilki Həcc ziyarətinə gedə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, Hacı Qalib Salahzadə məsələ ilə bağlı modern.az-a açıqlamasında məlumatın doğru olduğunu deyib.

“Bu ilki Həcc ziyarətinə gedə bilmədim. Amma tam hazır idim. Sənədləri də vermişdim. Qəfildən çox yaxın dostum xəstələndi. Yanında olmaq, kömək etmək məcburiyyətində qaldım. Ona görə də Həcc ziyarətinə getməkdən imtina etdim. Qismət olarsa, Ümrə ziyarətinə gedəcəyəm”

Hacı Qalib Salahzadə hər addımı atarkən Allahın qismətinə inandığını söyləyib.

“1990-cı ildən başlayaraq Həcc ziyarətinə gedirəm. Bu il gedəsi olsaydım 29-cu dəfə olacaqdı. Həmişə bir söz deyirəm. Allahın qismətinə inanıram. Həcc ziyarətinə gedəcəyimi əminliklə deyirdim. Amma elə hadisə baş verdi ki, getməkdən imtina etdim. Hər şey Allahın yazdığı qismətə bağlıdır. Qismətdə bu il Həcc ziyarətinə getmək yox imiş. Təki sağlıq olsun. Növbəti illərdə qismət olarsa, gedərik”.

Gununsesi.info