İŞİD terror təşkilatının Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəni terrorla hədələməsi adıçəkilən idarədə narahatçılıqla qarşılanıb. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hazırda Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının toplantısı başlayıb.
Məlumatda qeyd olunur ki, iclasda Şeyxin təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilir.
Xatırladaq ki, iki gün əvvəl İŞID terror təşkilatı QMİ sədrini terrorla hədələyib.
Gülnaz Qənbərli