
Şimali Kiprdə konsert verən türkiyəli müğənni Sibel Can tədbirdən öncə sual verən jurnalistlərə əsəbiləşib.
Gununsesi.info xəbər verir ki, jurnalistlərdən biri ifaçının evlənmə xəbəri ilə bağlı sual verib və müğənnidən bunun doğru olub-olmadığı barədə cavab almaq istəyib. Sibel Can isə suala əsəbləşərək “Bayramlığ ağzımı açdırmayın” deyib.
Daha sonra geydiyi paltarın parçasının narahatlığı Sibel Canda yenə əsəb yaradıb və jurnalistlərdən uzaqdan çəkmələrini istəyib.
Sevinc Xeyrulla