Sibel Can “O Ses Türkiyə”-dən ayrılır?

  • By admin
  • 09 Yanvar 2017 11:27

sibel-cannnnnn

Yanvartın 9-da yayımlanacaq “O Səs Türkiyə” proqramında tamaşaçıları böyük sürpriz gözləyir.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyənin tanınmış pop ulduzu Sibel Can sağlıq problemi ilə əlaqədar müvəqqəti olaraq “O Səs Türkiyə” layihəsindən ayrılır.
Xəbərdə bildirilib ki, “O Səs Türkiyə”-dən ayrılan Sibel Canın yerinə gələcək münsif artıq bəlli olub.
Bir həftə boyunca Sibel Canı Türkiyənin məşhur müğənnilərindən olan, uğurlu layihələrin aparıcısı Hülya Avşar əvəzləyəcək.

Qeyd edək ki, Acun İlicalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Sibel Can, Hadisə, Murad Boz, Gökhan və Hakan yer alırlar.

Anar

Gununsesi.info