
Gözəl səsi ilə yanaşı rəqsləriylə də tamaşaçıların ağını başından alan Türkiyənın tanınmış müğənnisi Sibel Can məhkəməyə verilib.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb müğənni Alihanın (Ali Kızıltepe) “Bir kış masalı” (“Bir qış nağılı”) mahnısına görə bu addımı atması olub.
Belə ki, Sibel Can Alihanın 1994-cü ildə bəstələdiyi “Bu kadın neden ağlıyor” (“Bu qadın niyə ağlayır”) mahnısının musiqisini oğurlamaqda ittiham edilir.
O iddia edir ki, “Bir kış masalı” mahnısının musiqisinin “Bu kadın neden ağlıyor” mahnısının musiqisi ilə eynidir. Alihan isə şikayət ərizəsində Sibel Candan 30 min lirə (15 min manat) təzminat ödəməsini, onun ifasındakı “Bir kış masalı” mahnısının CD-lərinin bazarlardan yığışdıralaraq məhv edilməsini tələb edib.
Gununsesi.info