Sibel Canın konsertində ŞOK olay - VİDEO

  • By admin
  • 17 İyul 2022 13:14

Məşhur sənətçi Sibel Can Balıkesirin Edremit rayonunda pərəstişkarları ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, konsert davam edərkən Edremit bələdiyyə başçısı Həsən Arslan təşəkkür etmək üçün Sibel Canın yanına getmək istədiyini bildirib, ancaq mühafiçilər ona icazə verməyib.

Onlara sərt reaksiya verərək yerindən qalxan bələdiyyə sədri konsert ərazisini tərk etmək istəyərkən təşkilatçı komanda ilə mübahisə edib. Daha sonra qısamüddətli əlbəyaxa dava olub. Jandarma qrupları səlahiyyətlilərlə mübahisə edən bələdiyyə sədrini uzaqlaşdırmağa çalışıb, lakin polislərin gəlişi ilə gərginlik daha da artıb.

Tamaşaçıların etirazından sonra Həsən Arslan konsert ərazisini tərk edib. Sibel Can qısa fasilədən sonra konsertinə davam edib.

Gununsesi.info