Sibirdə “ağ güllə” -FOTO

  • By admin
  • 07 Noyabr 2016 22:49

qar

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiyasının tabeliyində olan Sibirdə birdən əmələ gələn basketbol topu böyüklüyündə qar topları hər kəsi heyrətə gətirib. Yerli qəzetlərin “ağ güllə” kimi şərh etdikləri bu qar topularının təbii hava şəraitinin yaratdığı bir hadisə olduğu bildirilib. Həmin qar topularının ölçüsü tennis topu ilə basketbol topunun böyüklüyü arasında dəyişməkdədir. Bölgənin səlahiyyətli nümayəndələrindən biri olan Yekaterina Çernyak hər kəsin bu mənzərə qarşısında şoka düşdüyünü və belə hadisə ilə ilk dəfədir ki, qarşılaşdıqlarını vurğulayıb. İlk baxışdan insanlar tərəfindən düzəlmiş kimi görünən bu qar topuları təbii təbiət hadisəsidir və hava şəraiti ilə əlaqədardır.

Nigar

Gununsesi.info