Siçan ovlamağı bacarırsınızsa, 170 min dollarlıq maaş təklifi – Bu ölkə tam da, sizi axtarır

  • By arzu
  • 03 Dekabr 2022 17:44

Nyu-York Bələdiyyəsi 1 əsrdən çoxdur ki, siçanlarla mübarizə aparır və bu mövzuda uğur qazana bilməyib.

Gununsesi.info “Euronews”a istinadən xəbər verir ki, şəhərdəki ən böyük problemlərdən biri olan siçanlarla mübarizə üçün 170 mini dollarlıq maaş vakansiyası elan edilib.

HTML tutorial

Bələdiyyənin verdiyi iş elanında “Gəmiricilərlə mübarizə direktoru” olaraq açıqlanan vəzifə üçün 120-170 min dollar aralığında maaş təklif edilir.

Elanda “İdeal namizəddə axtarılan bütün özəlliklər arasında son dərəcə matovasiyalı olması və əməliyyatçı səmərəliliyi artırma, bilgi toplama, texnoloji yenilikləri tətbiq etmə, tullantı idarəsi və kütləvi qətliam kimi fərqli həll yollarına müracicətdə qərarlı olması” yazılır.

 

İş elanı çoxlarına gülməli görünsə də, bu vəzifə son dərəcə çətindir.  Yüz ildən artıqdır ki, dünyanın ən böyük şəhərlərindən birinin bələdiyyəsi siçanlarla mübarizə təcrübəsinə sahib olsa da, bu mövzuda uğur qazana bilməyib. Artıq görünməsi Nyu-York metrosunda adi hal alan siçanlar, parklarda, şəhərin digər yerlərində daha çox görünməyə başlayıb.

Namizədlərdən mübarizəni ön cəbhədə aparmaları və lazım gəldiyində, əllərini siçan nəcisinə bulamaqdan çəkinməməsi tələb edilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info