
Rusiyanın Tula vilayətində siçovul dişləyən uşaqlar xəstəxanaya yerləşdirilib.
Gununsesi.org bildirir ki, Tula.sledcom.ru-nun xəbərinə görə, siçovul iki azyaşlını yaşadıqları evdə dişləyib.
Məsələ ilə bağlı Rusiya Federasiyasının Tula bölgəsindəki İstintaq İdarəsi araşdırmaya başlayıb.
İdarədən bildirilib ki, azyaşlıların yaşadığı ev qəzalı vəziyyətdə olub.
Hazırda uşaqların həyatı üçün təhlükə yoxdur.