ABŞ-ın şimal-şərq ştatlarına təsir edən şiddətli tufan və yağışlar nəticəsində ölənlərin olduğu bildirilir.
Gununsesi.info bildirir ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, ölkənin şimal-şərq əyalətlərində saatda 140 kilometrə çatan yağış və küləyin sürəti həyata mənfi təsir edib.
Bölgə rəsmilərinin açıqlamalarında Pensilvaniya, Cənubi Karolina, Men və Massaçusets ştatlarında 4 nəfərin həyatını itirdiyi bildirilib.
Digər tərəfdən, 800 mindən çox insanın bir müddət işıqsız qaldığı, 500 min insanın hələ də işıqsız qaldığı bildirilib.
Fırtına ilə bağlı Nyu-York Bələdiyyəsi dünən vətəndaşları qəfil daşqınlara qarşı xəbərdar edib.
Mer Erik Adams nyu-yorklulara zərurət olmadıqca nəqliyyatdan qaçmağı və ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.
Gununsesi.info