Şiddətli mübarizə gedir, Rusiyanın hədəfi… - Peskov

  • By admin
  • 15 Aprel 2022 15:42

“Ukraynada millətçi batalyonların məhv edilməsi əsas prioritetdir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əsas odur ki, Ukrayna bu millətçi batalyonlardan azad olunsun. Əməliyyat davam edir və qarşıda duran vəzifələr hamıya məlumdur. Onlar yerinə yetirilməlidir və yerinə yetiriləcək. Bununla bağlı heç bir şübhə olmamalıdır” – Kreml sözçüsü qeyd edib.

Peskov hazırda bununla bağlı şiddətli mübarizənin getdiyini əlavə edib.

Gununsesi.info