Şiddətli döyüşlər gedir: Rusiya tankları yanır

  • By admin
  • 24 Fevral 2022 14:43

Ukraynanın Xarkov şəhəri ətrafında Rusiya qoşunları ilə Ukrayna hərbçiləri arasında şiddətli döyüşlər gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Bildirilib ki, Xarkovun ətrafından keçən yolda Rusiya ordusunun 4 tankı yandırılıb.

Məlumata görə, Donetskin Kramatorsk rayonunda Rusiyanın daha bir döyüş təyyarəsi vurulub. Bununla da məhv edilən təyyarələrin sayı 6-ya çatıb.

“Birləşmiş qüvvələr düşmənə layiqli müqavimət göstərir, bütün bölmələrimiz öz mövqelərindədir”, – məlumatda qeyd olunub.

Gununsesi.info