Sidiyi elektrike çevirirlər - ALİMLƏRDƏN YENİ KƏŞF

  • By admin
  • 24 İyun 2017 11:20

19458446_1871975409792701_471285254_n

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Bristol şəhərinin alimləri sidiyi elektrik enerjisinə çevirən sistem yaradıblar.

Yeni yaradılmış sistem vasitəsilə mobil telefonların batareyasını doldurmaq, eyni zamanda küçələrdəki ayaqyolu kabinlərini işıqlandırmaq mümkün olacaq.

“Bristol Robotics” şirkətinin hazırladığı sistemdə elektroaktiv mikroorqanizmlərlə dolu silindrlər var. Həmin mikroorqanizmlər istifadəyə yararsız su və sidikdəki bakteriyalarla qidalanır. Bunun nəticəsində isə elektronlar üzə çıxır və elektrik yaranır.

Sistem gələn həftə baş tutacaq Glastonbury Musiqi Festivalında qurulacaq ayaqyolu kabinlərində sınaqdan keçiriləcək.

Gununsesi.info