“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Bu barədə Gununsesi.info-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb.
“10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir”, – məlumatda qeyd edilib.
Gununsesi.info