Şikayətinə baxılmayan veteran DİN rəhbərindən kömək istəyir

  • By admin
  • 22 May 2024 12:13

 

Bakı Şəhəri, Binəqədi Rayonu, Əcəmi Naxçıvani küçəsi 1 m 84 ünvanda yaşayan 44 Günlük Vətən Müharibəsi veteranı Tahirov Fuad Əyyub oğli daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib. 

Müraciətinin bir surətini Gununsesi.info-ya təqdim edən Fuad Tahirov 44 Günlük Vətən Müharibəsi zaman Füzuli, Cəbrayıl,  Xocavənd, Şuşa və  Hadrutun azad olunmasında iştirak etdiyini və buna görə Prezident tərəfindən 5 medalla tətltif  olunduğunu vurğulayıb.

Fuad Tahirovun DİN rəhbərinə müraciətini olduğu kimi təqdim edirik:

 

 

Cənab Nazir!

Yazıb nəzərinizə çatdırmaq istərdim ki,07.04.2024 cü il tarixində mənə və sürücü yoldaşıma qarşı ictimai yerdə olunan xuliqanlıq və dələduzluq faktının 102 qaynar xəttinə müraciətimizdən sonra şikayətimiz barədə DİN-nin Xəzər rayonu üzrə polis şöbəsinə dəvət olunmuş,ərizə və izahat yazmışıq. Şikayət etdiyimiz şəxs bizi bir neçə dəfə yumruqla vurmuş və özünə məxsus olan bağında bəslədiyi cins itini açıb üstümüzə buraxmışdır. İzahat yazılan gün təhqiqatçı bizə bildirdi ki, bu, cinayətdir və ən qısa zaman çərçivəsində həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Amma səbəbi bəlli olmayan məqama görə 3 gündən sonra Elçin adlı təhqiqatçı mənə zəng vuraraq, həmin şəxslə barışıq ərizəsi yazmağımı mənə bildirdi. O gündən etibarən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, Sizə onlayn qaydada olaraq, Cənab Prezidentə dəfələrlə  şikayət etmələrimə baxmayaraq bu iş barəsində maraqlanan və araşdıran heç kəs yoxdur.

Bu qanunsuzluğa diqqətinizi cəlb etmək üçün media vasitəsi ilə sizə müraciət etmək qərarına gəldim.

Ümid edirəm ki, müvafiq qaydada göstərişinizdən sonra şikayətimlə bağlı ədalətli araşdırma aparılacaq və günahkar şəxs cəzasını alacaq.

Elmar
Gununsesi.info