Silahlı dəstə otelə hücum edərək oranı zəbt ediblər

  • By admin
  • 09 Avqust 2017 15:48

1474995654

Bir qrup silahlı dəstə Litvanın paytaxtı Riqada Köhnə Riqa adlanan ərazidə Garden Palace otelinə hücum edərək oranı ələ keçirib.

Gununsesi.info “Baltkom”a istinadən xəbər verir ki, silahlı qrup ötən gecə otel sahibi ilə otelə hücum edən silahlı dəstənin bir üzvü ilə mübahisədən sonra hücum ediblər.

Otel sahibi bildirib ki, hələ də silahlı qrup içəridədir və heç kimi içəri buraxmırlar. Otelin fəaliyyəti tamamilə dayanıb. Otelin kənarında isə kamuflyajda olan xeyli sayda hərbçi var. Polis hadisənin təfərrüatı barədə hər hansı açıqlama vermir.

Gununsesi.info