Kolumbiyanın Şimali Santander inzibati bölgəsində bir jurnalist silahlı hücuma məruz qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cucuta şəhərində bazarda alış-veriş edərkən silahlı hücuma məruz qalan jurnalist xəstxanaya çatdırılsa da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Şimali Santander Qubernatorluğu şübhəlinin yerini tapmağa kömək edənlərə 13 min dollar mükafat veriləcəyini vəd edib.
Kolumbiya prezidenti Qustavo Petro jurnalistin ölümündən məyus olduğunu və tezliklə cinayərkarın qanun qarşısında cavab verəcəyini bildirib.
“Prokurorluqdan hərtərəfli araşdırma istəyirik. Onun yeganə günahı korrupsiya iddialarını bildirmək idi” -deyə o əlavə edib.
Şəbnəm
Gununsesi.info