Silahlı qrupların hücumları nəticəsində ölənlərin sayı 200-ə çatdı

  • By admin
  • 29 Dekabr 2023 10:36

Dekabrın 25-də Nigeriyanın Plato əyalətində silahlı qrupların hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Gununsesi.info xəbər verir ki, Bokkos bölgəsinin başçısı Mondey Kasa “Anadolu” agentliyinə verdiyi açıqlamada ölənlərin sayının 200 nəfərə çatdığını, hücumlardan dərhal sonra xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin də dünyasını dəyişdiyini bildirib.

Kasa bildirib ki, çoxlu insan hələ də itkin düşüb və axtarış-xilasetmə işləri davam edir.

Ağır silahlı silahlılar dekabrın 25-də Plato əyalətinin Bokkos və Barkin Ladi bölgələrində bir neçə kəndə hücum ediblər.

Daha əvvəl ölənlərin sayının 148 nəfərə çatdığı açıqlanmışdı. Hücumlar nəticəsində 1290 ev, 81 avtomobil və 187 motosiklet yandırılıb.

Hücumdan sonra Nigeriya prezidenti Bola Əhməd Tinubu müvafiq dövlət qurumlarına təcili tədbirlər görməyə, bütün bölgəni taramağa və cinayətkarları tutmağa göstəriş verib.

Gununsesi.info